Lənkəranda uşaq ölümü
05 iyul 2016 14:40 (UTC +04:00)

Lənkəranda uşaq ölümü

Lənkəranda uşaq ölümü baş verib.

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Lənkəran Mərkəzi  Rayon Xəstəxanasında (MRX) qeydə alınıb. 

 

Rayonun Ləj kəndinin sakini, 1 yaş 4 aylıq Əli Aqil oğlu Rəhimov səhər saat 05.00 radələrində ağır vəziyyətdə xəstəxananın uşaq xəstəlikləri şöbəsinə gətirilib.

 

Körpəyə müvafiq tibbi yardımlar göstərilsə də, onu xilas etmək mümkün olmayıb. Xəstəxanaya daxil olandan 3 saat sonra o, dünyasını dəyişib.

 

Körpənin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Burada o, xarici müayinədən sonra ailəsinə verilib.

 

Lənkəran RMX-dan APA-nın yerli bürosuna bildirilib ki, Ə. Rəhimov kəskin respirator viruslu infeksiya, iki tərəfli bronxopnevmoniya, kəskin ağ ciyər ödəmi, kəskin ürək-damar, eləcə də 3-cü dərəcəli tənəffüs çatışmazlığı vəziyyətində daxil olub, onun xilas edilməsi üçün bütün lazımi tədbirlər görülüb. Lakin uşağı xilas etmək mümkün olmayıb.

 

Hazırda faktla bağlı Lənkəran Rayon Prokurorluğu araşdırma aparır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 237
avatar

APA Baycan

Oxşar yazılar