Lənkəranda iki  "Mercedes" toqquşdu: [b]2 yaralı[/b]
18 iyun 2018 22:58 (UTC +04:00)

Lənkəranda iki "Mercedes" toqquşdu: [b]2 yaralı[/b]

Lənkəranda yol qəzası olub.

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

 

Qəza zamanı “10-LX-307” və “42-BJ-999” dövlət nömrə nişanlı iki "Mercedes" markalı minik avtomobili toqquşub. Nəticədə iki nəfər xəsarət alıb.

 

Bunlar Masallı rayonunun Boradigsh qəsəbə sakini, 1986-cı il təvəllüdlü Cavid Rafiq oğlu Novruzov və Lənkəran sakini, 1996-cı il təvəllüdlü Elvira Adıgözəl qızı Əlizadədir.

 

Yaralılardan C. Novruzovun vəziyyəti yüngül olduğundan ona hadisə yerində yardım göstərilib. E. Əlizadə isə təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 281
avatar

Oxşar yazılar