Lənkəranda ata və oğul bıçaqlanıb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 10-da Lənkəran rayonu Vilvan kəndinin ərazisində kənd sakini Mahir Məmmədov münaqişə zəminində bıçaqla həmkəndliləri Şəmsəddin Bayramova və onun oğlu Nurəliyə xəsarət yetirib.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mahir Məmmədov tutulub.