Lənkəran sakini dənizdə batıb.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə avqustun 17-də axşam saatlarında qeydə alınıb.
Lənkəran rayonunun Gərmətük qəsəbə sakini, 1988-ci il təvəllüdlü Amil Əhliman oğlu Rzayev dənizdə çimərkən batıb. Onun meyiti sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.