Azərbaycanda iki nəfər bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 5-də Tərtər rayon sakini Rafiq Novruzov həyətində iş görən zaman üzərinə beton plitənin düşməsi nəticəsində ölüb.
Digər hadisə isə Lənkəran rayonunda qeydə alınıb. Oktyabrın 5-də rayonun Hirkan qəsəbəsinin ərazisində qəsəbə sakini Müslüm Məmmədov ehtiyatsızlıqdan çaya düşərək boğulub. M. Məmmədovun meyiti sudan çıxarılıb.