APA –nın cənub bürosunun məlumatına görə, hadisə avqustun 28-də günün ikinci yarısında rayonun Şürük kəndi ərazisində qeydə alınıb. Rayonun Şıxəkəran kənd sakini, 1982-ci il təvəllüdlü Nəvai Nurəddin oğlu Məmmədov rayonun Xanbulan kənd sakini, 1993-cü il təvəllüdlü Kamal Calal oğlu Əliyevə şəxsi münasibətlər zəminində bıçaqla bədəninin müxtəlif nahiyələrindən xəsarət yetirib.
Zərərçəkmişin yaxınlarının sözlərinə görə, şadlıq evlərinin birində ofisiant işləyən Nəvainin iş yoldaşı Kamala pul borcu olub. Borcunu ondan tələb edərkən Nəvai bıçağa əl atıb.Yaralı dərhal təcili yardım maşınında Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb. Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb və hazırda vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisəni törətmiş Nəvai Məmmədov isə könüllü polisə təslim olub.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.