Latviya prezidentinin iqamətgahı külə dönüb
21 iyun 2013 11:33 (UTC +04:00)

Latviya prezidentinin iqamətgahı külə dönüb

Latviya prezidentinin Riqa qəsrində yerləşən rəsmi iqamətgahından baş verən yanğın nəticəsində 3,2 min kvadratmetr ərazi külə dönüb.

APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, Dövlət Yanğın Xilasetmə Xidmətinin mətbuat katibi Viktoriya Şembele alovun bu gün səhər saatlarında lokallaşdırıldığını deyib. Hadisə nəticəsində daha çox binanın damına zərər dəyib. Damda 2400 kv.m, dördüncü mərtəbədə 600 kv.m, üçüncü mərtəbədə 200 kv.m ərazi yanıb.

Latviya prezidenti iqamətgahın təmiri ilə əlaqədar müvəqqəti olaraq başqa yerdə fəaliyyət göstərəcək.

 

İqamətgahın yerləşdiyi Riqa qəsrində həmçinin Latviya Milli Tarix Muzeyi və Ədəbiyyat Muzeyi yerləşir. Latviya mədəniyyət naziri yanğınla əlaqədar Böhrna Komitəsinin təcili iclasını çağırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 718
avatar

Oxşar yazılar