Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib. APA –nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə Bakı – Gəncə marşrutu ilə hərəkən edən “Mercedes” markalı sərnişin avtobusunda baş verib. Avtobusun sərnişini, Gəncə şəhər sakini 38 yaşlı Cəbrayılov Akşin Cəmşid oğlu ilə digər sərnişin, Bakı şəhər sakini, 44 yaşlı Mövsümov Qüdrət Səfa oğlunun arasında mübahisə baş verib. Nəticədə A. Cəbrayılov üzərində gəzdirdiyi bıçaqla Q. Mövsümova bir neçə bıçaq xəsarəti yetirib. Yaralı təcili olaraq Kürdəmir Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib.
Hadisəni törədən şəxs rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.
Qeyd edək ki, hadisəni törədən A. Cəbrayılov əvvəllərdə məhkumluq həyatı yaşayıb.