Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-110, Kiçik Qafqazın çaylarında 50-90, Lənkəran-Astara bölgəsi çaylarında 90-100, Naxçıvan MR çaylarında isə normanın 10 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, aprelin 26-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 25 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 320 m3/s olmaqla, ongünlük normanın 45 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 137 m3/s olmaqla, ongünlük normanın 77 faizini təşkil edir.
Aprelin 26-da Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 5 sm, Şirvanda 10 sm, Salyanda 14 sm, Bankədə 8 sm, Araz çayının Novruzlu məntəqəsində isə 5 sm artım qeydə alınıb.