Dövlət Gömrük Komitəsi daha bir qaçaqmalçılıq halının qarşısı alınıb. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən məlumatına görə, komitənin Aksiz Baş Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə aksiz markası ilə markalanmamış spirtli içkilərin respublika ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilərək satılması barədə əməliyyat məlumatı daxil olub.
Keçirilən əməliyyat-axtarış əməliyyatları nəticəsində Aşırov Rövşən Aşır oğlunun idarə etdiyi "Mercedes" markalı, “90-VU-566” dövlət nömrə nişanlı sərnişin mikroavtobusda zamanı sərnişin İsmayılov Faiq Aydın oğluna məxsus karton qutularda Rusiya Federasiyasının aksiz markası ilə markalanmış külli miqdarda “KREMLİN Avard” və “TALKA” araqları aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.