Kran yaşayış evinin həyətinə aşdı
10 iyul 2013 10:28 (UTC +04:00)

Kran yaşayış evinin həyətinə aşdı

Bu gün səhər saatlarında Bakı şəhəri, Səbail rayonunda “QAZ” markalı avtokranın yaşayış evinin həyətinə aşması barədə məlumat daxil olub.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, FHN-nin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb edilib.

 

Sürücü yaralı vəziyyətdə yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 08:10-da başa çatıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1057
avatar

Oxşar yazılar