Keçən il Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə 5143 müraciət daxil olub. Lent.az-ın məlumatına görə, bu barədə İdarənin 2012-ci ildə görülmüş işlərə həsr olunmuş hesabatında qeyd olunub. Məlumata görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin 161 nömrəli "Qaynar xətt"inə 2012-ci il ərzində 5143 müraciət daxil olub ki, bu müraciətlərin də 34-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb. Başlanmış cinayət işlərindən 17-si üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Digər cinayət işləri üzrə istintaq tədbirləri davam etdirilir.