Bakıda dənizdə köməksiz vəziyyətdə qalan 3 balıqçı xilas edilib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Səbail rayonu ərazisindən rezin qayıqla balıq tutmaq məqsədilə dənizə çıxmış 3 nəfər sahildən 200 m aralıda köməksiz vəziyyətdə qalıblar. Hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri vətəndaşları xilas edib və qayığı yedəyə alaraq sahilə çıxarıblar.