Nərimanov rayonu ərazisindəki kolleclərdən birindən oğurluq edilib.
Lent.az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 21-də rayon ərazisindəki kolleclərdən birinin sinif otağından 3 ədəd kondisioner, 10 ədəd monitor və 3 ədəd kompüter oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Gəray İbrahimov saxlanılıb.