Sumqayıt şəhər sakini könüllü olaraq qumbaranı təhvil verib.
Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Vəli İbrahimov tapdığı 2 ədəd “F-1” qumbarasını könüllü olaraq Sumqayıt ŞPİ 4-cü PB-yə təhvil verib.