DİN Bakıdakı qatar qəzası ilə bağlı məlumat yaydı
25 sentyabr 2014 13:31 (UTC +04:00)

DİN Bakıdakı qatar qəzası ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi dünən Bakıda baş vermiş qəza ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən məlumatına görə, qəsəbə ərazisində qorunmayan keçiddə elektrovozla naməlum sürücünün idarə etdiyi “Saipa” markalı avtomobil toqquşub.

 

Sürücü avtomobili hadisə yerində atıb gedib. Maşın yararsız hala düşüb, 2 ədəd elektrik dirəyi, 2 ədəd qaz borusu, 1 ədəd elektrik və 1 ədəd qaz sayğacları aşıb, habelə qəsəbə sakini Seymur Cəbrayılova məxsus evin hasarının 3 kvm. hissəsi dağılıb.

 

Faktıa bağlı araşdırma aparılır. Avtomobilin sürücüsünün kimliyi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 869

Oxşar yazılar