Kəmaləddin Heydərov: "Ona mən qərar vermirəm..."
26 mart 2019 10:56 (UTC +04:00)

Kəmaləddin Heydərov: "Ona mən qərar vermirəm..."

0

"Sahibkarlara kompensasiya verilib-verilməyəcəyi sonrakı prosesdir, ona mən qərar vermirəm. Bizim hazırda əsas işimiz yanğını söndürmək və imkan daxilində insanların yanmamış mallarını oradan çıxartmaqdır".

 

ONA-nın müxbiri hadisə yerindən xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

 

K. Heydərov bildirib ki, hər bir sahibkar öz malını sığortalamalıdır: “Bura özəl obyekt, özəl ticarət mərkəzidir. Burada ticarətlə məşğul olan hər bir mal sahibi öz dükanını, mallarını sığortalamalıdır".

 

Nazir hüquq-mühafizə orqanlarının da hadisə ilə bağlı müvafiq addımlar atacağını qeyd edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2491

Oxşar yazılar