Keçmiş məhkumun evindən çətənə kolları tapıldı
13 iyun 2016 03:18 (UTC +04:00)

Keçmiş məhkumun evindən çətənə kolları tapıldı

0

Saatlı sakininin evinin zirzəmisində 11 ədəd narkotik vasitə olan çətənə kolları aşkar edilib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Ziyadov Zakim Azər oğlu uzun müddət əkib-becərdiyi çətənə kollarını yığaraq yaşadığı evin zirzəmisində gizlətdiyini rayon polisi aşkar edərək götürüb.

 

Z.Ziyadov polis tərəfindən saxlanılıb.

 

Faktla bağlı Saatlı polis şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 412

Oxşar yazılar