
Keçmiş məhkum qətlə yetirildi
0
0
Qohumunu öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirildiyinə görə, iyunun 29-da gecə saat 3 radələrində Yevlax rayonu, Malbinəsi kəndi ərazisindən şəhər sakini, əvvəllər məhkum olunmuş Nicat Hüseynovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Yevlax rayon Polis Şöbəsinə məlumat daxil olub.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən qohumu olan kənd sakini M.Hüseynov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
0
0