Keçmiş məhkum əməlindən qalmadı
31 may 2019 13:44 (UTC +04:00)

Keçmiş məhkum əməlindən qalmadı

Sumqayıtda keçmiş məhkum tutulub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində “Chevrolet” markalı avtomobildən 300 manat, 1 evdən noutbuk, 1 mağazadan pul və müşahidə kamerasının yaddaş qurğusunu, 2 həyətyanı sahədən inşaat materialları və metal qırıntıları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş A.Ağakişiyev saxlayıb.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 534

Oxşar yazılar