
Keçmiş məhkum qadının pul qabısını zorla əlindən aldı
Yasamal RPİ-nin 29-cu Polis Bölməsinin əməkdaşları soyğunçuluq edən şəxsi saxlayıb.
DİN-in Mətbuat Xİdmətindən ONA-ya verilən məlumata görə, əməliyyat tədbirləri daxil olmuş şikayət əsasında həyata keçirilib.
Belə ki, Bakı şəhər sakini olan qadın polisə müraciət edərək, martın 14-də Yeni Yasamal yaşayış massivi ərazisində naməlum şəxsin ona zor tətbiq edərək, içərisində müəyyən məbləğdə pul olan portmanatını aldığını bildirib.
Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş N.Mehdizadə həbs edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Oxşar yazılar

Yekaterinburqda öldürülən Ziyəddinin qabırğalarından biri tapılmayıb - RƏSMİ
1 iyul 2025 , 11:51
Sərhəddə 7,5 milyon manatlıq qaçaqmal tutulub
1 iyul 2025 , 11:24
Qəbələdə dağlıq-meşəlik ərazidə köməksiz qalan şəxs xilas olundu -VİDEO
1 iyul 2025 , 10:11
Yeniyetmə su kanalına düşüb
1 iyul 2025 , 09:32
Maşın vuran kişi 65 gün sonra öldü
1 iyul 2025 , 09:28
DTX dövlətə xəyanət edən şəxsi həbs etdi
1 iyul 2025 , 09:25
Rusiyada qətlə yetirilən azərbaycanlı qardaşların cənazəsi Ağcabədiyə gətirildi
1 iyul 2025 , 08:47