Keçmiş məhbus avtoxuliqan piyadanı vuraraq öldürüb - <span style="color:red;">YENİLƏNİB
16 aprel 2014 11:55 (UTC +04:00)

Keçmiş məhbus avtoxuliqan piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Şirvanda avtoxuliqanlıq əməlinə görə həbsdə olmuş sürücü piyadanı vuraraq öldürüb.

APA-nın Mil-Muğan bürosunun hadisə yerində olan əməkdaşının verdiyi məlumat görə, ötən gecə saat 22.00 radələrində Şirvan şəhərinin Heydər Əliyev prospektində piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

Şirvan sakini Vidadi küçəsi, 41 ünvanında yaşayan 1994-cü il təvəllüdlü Mustafayev Təbriz İlham oğlu dayısına məxsus VAZ 2107 markalı 24 BB 756 dövlət nömrə nişanlı avtomobillə böyük sürətlə hərəkətdə olarkən, Şirvan sakini Faiq Cavadov küçəsi 40 ünvanında yaşayan 1978-ci il təvəllüdlü Səfərov İmaməddin Gülyar oğlunu yolu keçərkən vurub. Piyada ağır kəllə-beyin travması alaraq hadisə yerində dünyasını dəyişib. Sürücülük hüququ olmayan 20 yaşlı Təbriz Mustafayev piyadanı vurduqdan sonra hadisə yerindən qaçıb. Polis tərəfindən  keçirilən əməliyyat axtarış tədbirləri  nəticəsində avtoxuliqan gecə yarısı həbs edilərək polis şöbəsinə gətirilib. Onun barəsində bu gün Şirvan şəhər məhkəməsi tərəfindən həbs-qəti imkan tədbirinin seçilməsi gözlənilir.

 

Qeyd edək ki, bundan əvvəl - 5 fevral tarixində Təbriz Mustafayevə avtoxuliqanlıq etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 296.1.1-ci maddəsi ilə Şirvan şəhər məhkəməsinin qərarı ilə 20 sutka həbs cəzası verilib. 25 martda azadlığa çıxan Təbriz Mustafayev 20 gündən sonra yenidən etdiyi avtoxuliqanlıq insan ölümünə səbəb olub. 

 

Faktla bağlı Şirvan polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1457
avatar

Oxşar yazılar