Keçmiş arvadını yandırararq öldürən şəxs həbs edildi
24 iyul 2015 12:39 (UTC +04:00)

Keçmiş arvadını yandırararq öldürən şəxs həbs edildi

 

Azərbaycanda bir müddət əvvəl baş verən qətl hadisəsinin üstü açılıb.


 

Hüquq-mühafizə orqanlarındanAPA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Natəvan Əliyevanı öldürməkdə şübhəli bilinin keçmiş həyat yoldaşı Samir Səməndər oğlu Əliyev həbs olunub.

 

S. Əliyevə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülərək barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü N. Əliyevanın yanmış cəsədi iyulun 8-də Xızı rayonunun Yeni Yaşma qəsəbəsinin ərazisində aşkar edilib.

 

Meyitə ilkin baxış zamanı N. Əliyevanın qətlə yetirildiyi məlum olub.

 

Polisdən N. Əliyevanın bu il iyun ayının 25-dən 26-na keçən gecə paytaxtın Xətai rayonunda itkin düşməsi barədə ərizə daxil olduğu bildirilib.

 

Qeyd edək ki, N. Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib, üç övladı var.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 296
avatar

Oxşar yazılar