Bu gün Fövqəladə Hallar Nazirliyində (FHN) Apellyasiya Şurasının ilk iclası keçirilib. Apellyasiya Şurası “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli Fərmanına uyğun olaraq yaradılıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyin saytına istinadən məlumatına görə, iclasda təşkilati məsələlər, Apellyasiya Şurasının və Şuranın Katibliyinin fəaliyyətinin effektiv qurulması, sahibkarların müraciətlərinə baxılması işində səmərəliliyin təmin edilməsi ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələr müzakirə edilib.
Apellyasiya Şurasının sədri:
Tapdıq Əmiraslanov - Nazir müavini;
Şuranın üzvləri:
Valeh Abdullayev - Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsinin rəisi;
Elşad Hüseynov - Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin rəisi;
Vidadi Məmmədov - Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarənin rəisi;
Nərgiz Yusubova - Hüquq idarəsinin rəisi;
Səbuhi Ağayev - İctimaiyyətlə əlaqə idarəsinin rəisi;
Zemfira Rzayeva - Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Hüquq şöbəsinin müdiri;
Fikrət Talıbov - Katibliyin rəis müavini;
Katibliyin tərkibi:
Bəyim Budaqova - Katibliyin baş məsləhətçisi;
Rəşadət Cəbrayılov - Hüquq idarəsinin hüquqi-normativ aktların hazırlanmasının əlaqələndirilməsi şöbəsinin müdiri;
Nailə Mürsəliyeva - Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsinin sənədlərlə iş şöbəsi müdirinin müavini;