Masallıda kartof oğurlayan 5 nəfər tutulub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, yanvarın 8-də Masallı dəmir yolu stansiyasında yük vaqonundan Cəlilabad rayon sakini Müseyib Ağayevə məxsus 2727 kiloqram kartof oğurlanıb.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakinləri Samir Abbasov, Nicat Əkbərov, Yaşar Rüstəmov, Mirmərdan Cəfərov və qardaşı Mirsaleh saxlanılıb.