Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nadirkənd kənd sakini Aydın Quliyevin həyətində karbid balonu partlayıb. Nəticədə xəsarət almış A. Quliyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla əlaqədar araşdırma aparılır.