Jurnalist Rasim Əliyevin cənazəsi ailəsinə təhvil verilib
09 avqust 2015 13:59 (UTC +04:00)

Jurnalist Rasim Əliyevin cənazəsi ailəsinə təhvil verilib

0

Bu gün səhərə yaxın Bakı Klinik Mərkəzində dünyasını dəyişən jurnalist Rasim Əliyevin cənazəsi ailəsinə təhvil verilib.

 

Lent.az-ın xəbərinə görə, cənazə artıq dəfn üçün hazırlanıb.

 

R. Əliyevin ölümü ilə bağlı araşdırma da başlanılıb. Səbayel rayon Prokurorluğunun və yerli polisin əməkdaşları R. Əliyevin babasını sorğu-sual etmək üçün polisə aparıblar.

 

Qeyd edək ki, jurnalist bir qrup şəxs tərəfindən döyülüb. O, sosial şəbəkədə yazdığı statusa görə, futbolçu Cavid Hüseynovun qohumları tərəfindən təhdid edildiyini və döyüldüyünü iddia edib.

 

Jurnalist xəstəxanaya yerləşdirilib, əməliyyat olunsa da gecə saatlarında dünyasını dəyişib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 476

Oxşar yazılar