
İyunun ilk gününün HAVA PROQNOZU açıqlandı
Sabah ölkə ərazisində müşahidə olunacaq hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 1-də hava yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 18-20, gündüz 29-32, Bakıda gecə 18-20, gündüz 29-31 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq.
Rayonlarda isə sabah əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 16-21, gündüz 30-34, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, iyunun 1-2-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.
Oxşar yazılar

Rövşən Vəliyev həbsxanada vəfat etdi
4 mart 2025 , 23:38
Gəncədə 17 yaşlı qız dəm qazından boğulub öldü
4 mart 2025 , 21:21
Bakıda azyaşlı qızına işgəncə verən ana axtarışa verildi - VİDEO - YENİLƏNİB
4 mart 2025 , 20:22
Acun Ilıcalı və Sadettin Sarana qarşı iddianamə hazırlandı - Qanunsuz mərc oyunlarına görə
4 mart 2025 , 19:44
Ağdamda evdən meyit tapıldı
4 mart 2025 , 19:43
Məktəblilər gənc oğlanı soyundurub döydülər
4 mart 2025 , 18:05
Lənkəranın icra başçısı ona sui-qəsddə ittiham olunanın məhkəməsinə ÇAĞIRILDI
4 mart 2025 , 17:30