İstirahət günlərində Bakı şəhərində baş vermiş yol qəza hadisələri zamanı 38 nəfər xəsarət alıb və onlardan da 34-ü xəstəxanaya yerləşdirilib. Bu barədə Lent.az-a Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmaliyev bildirib. Onun sözlərinə görə, bu dekabrın 31-dən yanvarın 3-ə qədər olan statistik məlumatdır.
“Qeyd etdiyim müddətdə qida zəhərlənməsi və travma ilə bağlı təcili yardıma ümumilikdə 193 müraciət daxil olub”-deyə, baş həkimin müavini vurğulayıb: “Dekabrın 31-dən yanvarın 2-dək isə dəm qazından zəhərlənmələrlə bağlı 60 müraciət daxil olub və onlardan 40 nəfəri xəstəxanaya yerləşdirilib”.