İstanbuldakı terrora görə "sevgililər günü" tədbiri təxirə salındı
30 iyun 2016 15:54 (UTC +04:00)

İstanbuldakı terrora görə "sevgililər günü" tədbiri təxirə salındı

0

İstanbulun Atatürk adına hava limanında baş verən terrora görə bu il Azərbaycanda nəzərdə tutulan “Sevgililər günü” ilə bağlı təbdirlər təxirə salınıb. Bu barədə Lent.az qaziler.az-a istinAdən xəbər verir ki, bu barədə İlhamla Fərizənin ailəsindən məlumat verilib.

 

İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev deyib ki, qardaş Türkiyədə baş verən terror aktına görə bu ilki tədbirləri təxirə salıblar.

 

“Biz bir millət iki dövlətik. Qardaşlarımız matəmdə olarkən biz şənlənə bilmərik! İnşallah, gələn ilə daha möhtəşəm tədbirlər keçirərik.”, deyə E.Alalhverdiyev bildirib.

 

Qeyd edək ki, 2000-ci ildən başlayaraq “Xural” qəzeti kollektivinin təşəbbüsü ilə Azərbaycanda hər il 30 iyun 20 Yanvar şəhidləri - İlham və Fərizənin toy günü “Sevgililər günü” kimi qeyd edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 442

Oxşar yazılar