İstanbulda baş verən silahlı insident nəticəsində 4 nəfər xəsarət alıb.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Okmeydan rayonunda naməlum şəxslər polis əməkdaşlarına silahlı hücum ediblər.
Nəticədə 3 asayiş keşikçisi və 1 mülki şəxs yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb, onlardan 2-nin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Hazırda cinayətkarların yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.