İsrailin Hərbi Hava Qüvvələri Qəzza zolağının mərkəzini bombardman ediblər.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 12 mərtəbəli yaşayış binası dağılıb, ən azı 10 nəfər xəsarət alıb.
Fələstin Səhiyyə nazirliyinin rəsmi nümayəndəsi Əşrəf əl-Kidra yaralananlar arasında 4 uşağın olduğunu deyib.
Məlumatlara görə, yaşayış binasında 44 ailə yaşayırmış.