
İspaniyada bahalı saat oğurlayan MAFİYA ƏLƏ KEÇDİ
0
0
İspaniyanın İbiza adasında qiymətli saatların oğurluğu ilə məşğul olan dəstə yaxalanıb.
Lent.az-ın www.diariodeibiza.es portalına istinadən verdiyi məlumata görə, 50 yaşlı Neapol sakini olan dəstə başçısının rəhbərliyi altında 5 qarət həyata keçirilib. Qarət edilən saatların ümumi dəyəri isə 150 min avrodur.
Bundan başqa polis saat oğurluğunda şübhəli bilinən 3 nəfər ərəb əsilli şəxsi də yaxalayıb.
Xatırladaq ki, bir qədər əvvəl İbizada 22 yaşlı azərbaycanlının milyonluq saatının oğurlanması barədə Avropa mətbuatında xəbərlər getmişdi.
Amma həmin oğurluğun bu qrupa aidiyyəti yoxdur.
0
0