İsmayıllıda ağır qəza:<span style="color:red;"> ölənlər var
21 avqust 2014 13:24 (UTC +04:00)

İsmayıllıda ağır qəza: ölənlər var

0

İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, avqustun 20-i saat 10.00 radələrində rayonunun Topçu kəndində Hacıhətəmli kənd sakini İlham Azayevin idarə etdiyi “VAZ-21063” və Bakı şəhər sakini Əliağa Həsənovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub.

 

İ.Azayev hadisə yerində ölüb, sərnişinləri - Bakı şəhər sakinləri Cavid Azayev, Xədicə Bağırzadə, Hacıhətəmli kənd sakini Minay Azayeva, habelə Ə.Həsənov və onun sərnişini - Bakı şəhər sakini Gülşən Şirəliyeva xəstəxanaya yerləşdirilib, Cavid Azayev orada keçinib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2494

Oxşar yazılar