İŞİD fərariləri öldürdü
11 mart 2015 02:09 (UTC +04:00)

İŞİD fərariləri öldürdü

Suriyanın Türkiyə ilə həmsərhəd Əl Bab şəhərində İŞİD silahlıları arasında baş vermiş atışma nəticəsində azı 9 nəfər ölüb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Əl Ərəbiyə” telekanalı məlumat yayıb. Ölənlərdən beşinin Suriyadan vətəninə dönməyə qərar vermiş əcnəbi muzdlu olduğu qeyd olunub.   

 

Məlumata görə, İŞİD sıralarında əvvəllər döyüşmüş 10 xarici vətəndaşdan ibarət qrup Türkiyə ərazisinə keçməyə cəhd edib. Onlardan birinin Tunis vətəndaşı, digərlərinin isə avropalı olduğu bildirilir. Lakin İŞİD-in digər silahlıları qrupun sərhədi keçmək cəhdinin qarşısını alıb. Baş vermiş atışma nəticəsində Türkiyə ərazisinə keçmək istəyən  5 əcnəbi, onlara mane olmağa çalışan silahlılardan  isə 4 nəfər ölüb.    

 

Sağ qalan əcnəbilər İŞİD-in nəzarətində olan yerli həbsxanaya yerləşdirilib. Onların yaxın günlərdə  edam ediləcəyi gözlənilir.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 114
avatar

Oxşar yazılar