İraqda növbəti dəfə terror hadisəsi baş verib. Lent.az-ın “Habertürk”-ə istinadən verdiyi məlumata görə, paytaxt Bağdadın cənubunda baş verən terror aktı nəticəsində 24 nəfər həlak olub. Hadisədə 35 nəfərin də yaralandığı bildirilir.
Məlumata görə, hadisə zamanı İmam Hüseynin şəhid olmasının il dönümünün 40-cı günü münasibətilə təşkil edilən mərasimdə iştirak edən insanların hədəf alındığı bildirilir.