İranla “altılıq” arasında keçiriləcək görüşün tarixi açıqlanıb
16 may 2014 23:24 (UTC +04:00)

İranla “altılıq” arasında keçiriləcək görüşün tarixi açıqlanıb

İranın atom – nüvə problemi ilə bağlı danışıqların növbəti mərhələsinin keçiriləcəyi tarixi açıqlanıb.

 

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, iyunun 6-19-da “altılıq” (ABŞ. Almaniya, Britaniya, Fransa, Çin və Rusiya) dövlətlərinin xarici işlər nazirləri ilə İranın nümayəndə heyəti arasında keçiriləcək.

 

Mənbə bildirib ki, növbəti görüşün bu tarixdə keçirilməsi ilə bağlı hələlik razılaşma mövcuddur.

 

Onu da xatırladaq ki, İran xarici işlər nazirinin müavini bildirib ki, Vyanada “altılıq”la Tehran təmsilçiləri arasında keçirilən danışıqlarda razılaşma mətnində irəliləyiş əldə edilməyib. 

 

Bununla belə İran tərəfi iyulun 20-dək bu məsələdə razılığın əldə ediləcəyini ümidvardır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 405
avatar

Oxşar yazılar