İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı gömrük nəzarəti zamanı saxlanılıb.
Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən məlumatına görə, qanunvericiliyin tələblərinə uyğun şəxsin üzərində yoxlama aparılıb. Şəxsi yoxlama zamanı tibbi müayinədən keçirilmə zərurəti yarandığından vətəndaş gömrük əməkdaşlarının müşayiəti ilə Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Tibbi müayinə zamanı vətəndaşın daxili orqanı-düz bağırsağından 3 ədəd bağlamada olmaqla, ümumu xalis çəkisi 173,265 qram təşkil edən narkotik vasitə-heroin, xalis çəkisi 20,62 qram təşkil edən narkotik vasitə tiryək və ümumi xalis çəkisi 24,25 qram təşkil edən psixotrop maddə-metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.