İrana casusluq edənlər özlərini təqsirli bildi
04 dekabr 2014 12:31 (UTC +04:00)

İrana casusluq edənlər özlərini təqsirli bildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İran xüsusi xidmət orqanlarına casusluq etməkdə ittiham olunan Lənkəran rayon sakinləri Faiq Qurbanov və Seymur Rzazadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən qapalı prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər. Onlar elan olunmuş ittiham üzrə özlərini təqsirli biliblər.

 

Proses qapalı keçirildiyi üçün təqsirləndirilən şəxslərin ifadələri açıqlanmır. Məhkəmə prosesi dekabrın 11-də davam etdiriləcək.

 

Qeyd edək ki, ittiham aktına görə, həmin şəxslər İranın xüsusi xidmət orqanı olan ETTELAAT-la əməkdaşlığa cəlb olunublar. Onlar Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirli bilinirlər.

 

Bildirilir ki, Faiq Qurbanov 2013-cü ildə ETTELAAT-ın əməkdaşı olan Bilal adlı şəxslə əməkdaşlıq edib. Həmin Faiq Qurbanova Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı və.s kimi sahələr üzrə məxfi məlumatlar əldə etmək üçün xüsusi tapşırıqlar verib.
Seymur Rzazadə isə ETTELAAT-ın Qaffari adlı üzvü ilə əməkdaşlığa cəlb olunub. Seymur Rzazadə Qaffariyə “mən Allah ordusuna əsgər seçilirəm” məzmunlu yazılı iltizam verdikdən sonra ona verilmiş tapşırıq əsasında Lənkəranda mömünlərin vəziyyəti ilə maraqlanıb, dindarların salamını Qaffariyə çatdırmağa başlayıb. Lənkəran dindarları ilə İran kəşfiyyatçısı arasında məlumat mübadiləsini həyata keçirib.
İstintaq sənədlərinə görə, Seymur Rzazadə Lənkəranın polis rəisi, sərhəd qoşunlarının Lənkəranda yerləşən hərbi hissəsi, Şeyxülislam Allahşükür Paşazadənin cənub bölgəsinə səfərləri, Türkiyənin Lənkərandakı fəxri konsulluğu, Hərbi Hava Qüvvələrinin Sumqayıt yaxınlığında yerləşən hissələri və oradakı hərbi texnikalar haqda məlumatlar toplayaq Qaffariyə ötürüb. Hər iki şəxs Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunublar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 254

Oxşar yazılar

Bakıda AĞIR QƏZA

Bakıda AĞIR QƏZA

9 fevral 2025 , 00:56
Lənkəranda toydan çıxan müəllimi maşın vurdu

Lənkəranda toydan çıxan müəllimi maşın vurdu

9 fevral 2025 , 00:37
Bakıda zəncirvari qəza-YENİLƏNİB

Bakıda zəncirvari qəza-YENİLƏNİB

8 fevral 2025 , 21:43
Sumqayıtda ana və övladı  dərmandan zəhərləndi

Sumqayıtda ana və övladı dərmandan zəhərləndi

8 fevral 2025 , 20:13
Bakıda maşın kişini vurub öldürdü

Bakıda maşın kişini vurub öldürdü

8 fevral 2025 , 19:21
Hacıqabulda zəlzələ oldu

Hacıqabulda zəlzələ oldu

8 fevral 2025 , 19:17
Goranboyda yük maşını çaya aşdı, sürücü öldü

Goranboyda yük maşını çaya aşdı, sürücü öldü

8 fevral 2025 , 18:07
Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı prezidentə MÜRACİƏT ETDİ

Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı prezidentə MÜRACİƏT ETDİ

8 fevral 2025 , 17:57