İran təyyarələrini yanacaqla təmin edə bilmir
08 yanvar 2013 04:54 (UTC +04:00)

İran təyyarələrini yanacaqla təmin edə bilmir

Yanvarın 7-də İranda aviareyslərin çoxu uçuşu təxirə salıb. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, buna səbəb özəl şirkətlərin Neft Nazirliyinə borclu olması ucbatından aviasiya benzini ilə təmin  edilməmələri göstərilir.

Hökumətin məlumatına əsasən, özəl şirkətlərin nazirliyə 150 milyon dollara yaxın borcu var.

Şirkət təmsilçiləri öz növbəsində bildirib ki, aviayanacaq bahalaşdığından onlar benzinin pulunu ödəyə bilmir.

Xatırladaq ki, İranın neft naziri Rüstəm Qasimi parlamentdə çıxışı zamanı deyib: «Avropa Birliyi və ABŞ-ın tətbiq etdiyi sanksiyalar son 9 ayda İranın neft ixracının 40 faiz, neft gəlirlərinin 45 faiz aşağı düşməsinə səbəb olub».

Qeyd edək ki, bundan əvvəl İran hakimiyyəti beynəlxalq sanksiyaların ölkənin neft ixracına təsir etmədiyini bəyan edirdi. Avropa Birliyinin İran neftinin ixracına qoyduğu qadağa 2012-ci il iyulun 1-də qüvvəyə minib. Avropa Birliyi və ABŞ bu sanksiyalarla Tehranın nüvə proqramını dayandırmaq niyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 754
avatar

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46