İran ali təhlükəsizlik şurasının katibi Səid Cəlili Əfqanıstanda rəsmi səfərdədir.
Lent.az-ın məlumatına əsasən, o, ölkə prezidenti Həmid Karzayla görüşüb. Danışıqlar zamanı tərəflər bölgədəki problemlər, eləcə də iqtisadi və siyasi əməkdaşlıq məsələlərini müzakirə edib.
Müzakirələrin sonunda Karzay bildirib: «İran və Əfqanıstanı bir mədəniyyət və bir tale birləşdirir».