İran nüvə sazişi ilə bağlı Avropa ölkələrinə verdiyi vaxtı uzatmayacaq
"İranın Hərtərfli Birgə Fəaliyyət Planı çərçivəsində Avropa ölkələrinə verdiyi 2 aylıq möhlət uzadıla bilməz".
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi deyib.
Onun sözlərinə görə, İranın atacağı növbəti addım nüvə sazişinin digər üzvlərinin götürdükləri öhdəliyi yerinə yetirməsindən asılı olacaq. “Bizim mesajımız açıqdır. Onların əməlindən isə belə anlaşılır ki, ya öhdəliklərini yerinə yetirmək istəmirlər, ya da gücləri çatmır . Belə olan halda biz Ali liderin göstərişi ilə parlamentin təsdiqlədiyi qanuna uyğun hərəkət edəcəyik. İranın öz öhdəliklərini yerinə yetirməsini istəyirlərsə, 4+1 ölkələr öz öhdəliyini anlamalıdır”.
380