İran-Azərbaycan sərhədində bir sellofan narkotika ələ keçdi
21 fevral 2013 15:37 (UTC +04:00)

İran-Azərbaycan sərhədində bir sellofan narkotika ələ keçdi

 

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan piyada yolla  Azərbaycana gələn Müzəffər Tağızadənin əl yüklərinə baxış keçirilib.

Lent.az-ın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Müzəffər Tağızadəyə məxsus 1 ədəd sellofan torbada 3 ədəd plastmas qabda cəmi 3500 ml həcmində metadon məhlulu aşkar olunaraq götürülüb.

Metadon məhlulu “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və 3500 ml məhlulda metadonun quru maddəsinin ümumi miqdarı 3,5 qram təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 655
avatar

Oxşar yazılar