İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri Lord Freyzer vəfat edib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə,
Cəmiyyətin Azərbaycan tərəfindən həmsədri, professor Nərgiz Paşayeva Lord Freyzerin vəfatı ilə əlaqədar başsağlığı verib.
N.Paşayeva bildirib ki, Lord Freyzer Azərbaycanın həqiqi dostu idi: “Həmsədr olduğu müddətdə o, ölkələrimiz və xalqlarımız arasında mədəni və humanitar təmasların genişlənməsi işinə böyük töhfələr verib”.
Professor Nərgiz Paşayeva qeyd edib ki, Lord Freyzerin xatirəsini qəlbimizdə yaşadacaq, Cəmiyyətimizin fəaliyyətində əsasını qoyduğu ənənələri davam etdirəcəyik.