İyunun 19-da rayon ərazisindəki həyətyanı sahələrdən birindən 3 baş qoyun oğurlayan şəxslər saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən qrupun digər üzvü – Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseynağa İsmayılov tutulub. Ondan 0,213 qram heroin götürülüb.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə axtarışda olması, aprelin 23-dən iyulun 24-dək olan müddətdə E.Rüstəmzadənin qızıl sırğasını soyğunçuluq yolu ilə alması, Xətai rayon Telefon Qovşağına məxsus 45 metr telefon kabelini, həmçinin 2 evdən pul və qızıl əşyalar, təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib.
Bundan başqa Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 12-də və avqustun 3-də rayon ərazisindəki 2 nəfərə məxsus həyətyanı sahələrdən ümumilikdə 8 baş inək oğurlamaqda şübhəli bilinən Xallıcallı kənd sakinləri, əvvəllər məhkum olunmuş Vüqar Şükürlü, Sədayıl Şükürov və Rahim Nuriyev tutulublar.
V.Şükürlünün və S.Şükürovun ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların martın 25-də daha 1 nəfərə məxsus fermadan 1 baş inək oğurlamaları da müəyyən edilib.