İmişlidə baş verən avtoqəzada bir nəfər ölüb, iki nəfər yaralanıb. APA TV-nin verdiyi məlumata görə, oktyabrın 13-də günorta saatlarında İmişli –Qaradonlu avtomobil yolunun 8-ci kilometrliyində, Çahar kəndinin ərazisində Naxçıvan sakini, 32 yaşlı Elnur Hacıyev idarə etdiyi “Mitsibushi” markalı, "Pikap" model avtomobildə idarə etməni itirib və avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər, Neftçala sakinləri 26 Yaşlı Ülvi İsayev və 24 yaşlı Əkbər Miriyev müxtəlif dərəcli bədən xəsarətləri alıb. Yaralılar İmişli Mərkəzi rayon Xəstəxnasına yerləşdirilib. Xəstələrdən birinin vəziyyəti ağır olduğu üçün Bakıya göndərilib.
Qəzaya uğrayanlar Hacıqabul -Bəhrəmtəpə avtomobil yolunun tikintisini aparan “Kolin” şirkətinin işçiləridir.
Faktla bağlı İmişli Rayon Polis şöbəsində araşdırma aparılır.