İmişlidə 35 yaşlı kişi intihar edib. Lent.az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında baş verib. Rayonun H. Əliyev küçəsi 90 ünvanında yaşayan rayon sakini Fərəcov Sərdar Xələf oğlu özünü yaşadığı evin damından asıb.
İlkin ehtimala görə, intihara S. Fərəcovun borclu olması səbəb olub.
Çayxanadan yemək yemək adı ilə evinə gələn S. Fərəcov intihar edib. Otağında olmadığını görən ailə üzvləri onun meyitini həyətdə damda asılı vəziyyətə aşkarlayıb.
S. Fərəcov evli və 1 uşaq atası olub.