İlin ikinci Ay tutulması bu ölkələrdən müşahidə ediləcək
13 iyul 2019 18:03 (UTC +04:00)

İlin ikinci Ay tutulması bu ölkələrdən müşahidə ediləcək

0
 
 
İyulun 17-də bu ilin ikinci Ay tutulması (qismən) baş verəcək.
 
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən xəbərə görə, proses saat 00:03-də başlayacaq, saat 01:31-də maksimumda olacaq və saat 02:59-da başa çatacaq.
 
Ay tutulması Azərbaycanda müşahidə olunmayacaq. Proses Cənubi Amerika, Avropa, Afrika və Avstraliyada müşahidə ediləcək.
 
Qeyd edək ki, 2019-cu ildə ilk Ay tutulması (tam) 21 yanvarda baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1109

Oxşar yazılar