İlhamə ilə Floranı bayramda barışdırmaq istəyirlər
19 mart 2015 13:40 (UTC +04:00)

İlhamə ilə Floranı bayramda barışdırmaq istəyirlər

0

 

Müğənni Xatirə İslam Novruz bayramında xalq artistləri Flora Kərimova və İlhamə Quliyevanı barışdırmaq istəyir.

 

Lent.az-ın məlumatına görə, “Səs verməyin!” verilişinə qonaq olan ifaçı deyib ki, o, bu istəyinin real olacağına inanmır: “Mən Flora xanımla İlhamə xanımın barışmasına inanmıram. Çox istəyərdim ki, barışsınlar. Hətta əlimdən nə gəlirsə edərəm ki, barışsınlar. Amma məncə, bu istəyim real görünmür”.
 

Qeyd edək ki, bu günə qədər şou-biznesdə bir çox tanınmış sənətçilər iki xalq artiistini barışdırmaq istəsə də, bu istək baş tutmayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 183

Oxşar yazılar