Avqustun 6-da Kür çayının Ağstafa rayonu ərazisindən keçən hissəsində batmış şəxsin cəsədi bu gün səhər saatlarında sudan çıxarılıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, Kür çayının Ağstafa rayonu, Qıraq Kəsəmən qəsəbəsindən keçən hissəsində batmış, 1996-cı il təvəllüdlü Babayev Fayaz Haqverdi oğlunun cəsədi nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.